heading

Haqqımızda

JURİS Hüquq mərkəzi bütün növ hüquqi xidmətlər göstərən Azərbaycan hüquq konsaltinq şirkətidir. Biz kommersiya, cinayət,mülki və korporativ hüquq məsələlərində, həmçinin Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və fəaliyyətinə hər-tərəfli hüquqi dəstək və konsultasiyanın verilməsi sahəsində ixtisaslaşmışıq. Biz həmçinin xarici fiziki şəxslərə ailə, əmək münasibətləri, miqrasiya, vərəsəlik, xarici məhkəmə qərarlarının tanınması və icrası istiqamətində hüquiq məsləhət verir və hüquqi təmsilçilik xidmətləri göstəririk.

Üst səviyyədə peşəkar hüquqşünaslar
Hər zaman faydalı məsləhətlər
Yerli və beynəlxalq fəaliyyətlər
Mübahisələrin peşəkar həlləri




Dəyərli XİDMƏTLƏRİMİZ

Göstərdiyimiz xidmətlərimizlə hər zaman zirvədəyik.

Korporativ hüquq
Mülki hüquq
Məhkəmə mübahisələri
Əmək mübahisələri
Müqavilə hüququ
Sığorta hüququ
İnzibati hüquq
Ailə hüququ
Miqrasiya hüququ
Cinayət hüququ
İdman hüququ
Əqli mülkiyyət
Vəkillik
Daşınmaz əmlak
Korporativ Hüquq
Korporativ hüquq kommersiya hüququnun institutu olaraq, hüquqi şəxslərin təsis olunmasını, onların fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

Mərkəzimiz korporativ hüquq sahəsində aşağıdakı xidmətləri göstərir:
- Yerli və xarici hüquqi şəxslərin təsis olunması və qeydiyyatı;
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin, əlavələrin, dövlət qeydiyyatına alınması;
- Hüquqi şəxslərin birləşmə, qoşulma, bölünmə, ayrılma şəklində yenidən təşkili;
- Filial, şöbə, nümayəndəliklərin təsis edilməsi;
- Hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi və ya dayandırılması;
- Hüquqi şəxslərin hüquqi ekspertizası (due diligence);
- Səhmlərin və ya aktivlərin satın alınması;
- Hüquqi şəxslərin daxili qaydalarının hazırlanması;
- Korporativ mübahisələrin həlli və s.



Mülki hüquq
Mülki hüquq şəxslərin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir.

Mərkəzimiz mülki hüquq sahəsində aşağıdakı xidmətləri göstərir:
- Şəxslərin əmlak və şəxsi qeyri-əmlak münasibətlərinin hüquqi tənzimlənməsi ;
- Şəxslərin hüquqlarını və qanuni mənafelərinin müdafiə edilməsi;
- Fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnun qorunması;
- Sahibkarlıq fəaliyyətininə hüquqi dəstəyin verilməsi və s.



Məhkəmə mübahisələri
- Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Mərkəzimiz məhkəmə mübahisələrinin həlli istiqamətində aşağıdakı xidmətləri göstərir:
- Məhkəməyəqədər mübahisələrin hüquqi ekspertizası;
- Məhkəmədə təmsilçilik;
- İnzibati orqanların qərarlarından şikayət verilməsi;
- Miras əmlakı və vərəsəlik mübahisələri;
- Borcun və maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi;
- Əmək mübahisələri, işə bərpa;
- Nikahın pozulması, nikahın pozulması zamanı əmlak bölgüsü;
- Hüquqi faktların müəyyən edilməsi;
- Atalığın müəyyən edilməsi, alimentin tutulması, uşaqla ünsiyyətin təmin edilməsi və s.



Əmək mübahisələri
- Əmək mübahisələri (fərdi) əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.

Mərkəzimiz bu mübahisələrin həlli istiqamətində aşağıdakı xidmətləri göstərir:
- İşçilərin işə qəbul və işdən azad edilməsi ilə bağlı hüquqi rəyin verilməsi, onların işə qəbul və işdən azadetmə ilə bağlı məlumatlarının elektron sistemə daxil edilməsi;
- Məzuniyyətin hesablanması və icrası, ezamiyyət prosesinin həyata keçirilməsilə bağlı hüquqi rəylərin verilməsi və prosedurlar aparılması;
- Mövcud əmək münasibətlərinin əmək qanunvericiliyinə uyğunluğunu yoxlamaq və ona nəzarət etmək;
- Əmək münasibətləri ilə əlaqədar tərtib olunmuş müəssisədaxili sənədlərin qanunauyğunluğunun yoxlanılması;
- İşçilərin və işəgötürənlərin mənafelərinin qorunması üçün məhkəmədə təmsilçilik funksiyasını həyata keçirmək və s.



Müqavilə hüququ
- Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər

Mərkəzimiz müqavilə hüququ üzrə aşağıdakı xidmətləri göstərir:
- Alğı-satqı, podrat, tapşırıq, bağışlama, kirayə, icarə - bütün növ müqavilələrin hazırlanması;
- Beynəlxalq müqavilələrin, beynəlxalq ticarət müqavilələrinin tərtib olunması;
- Təqdim olunmuş bütün növ müqavilələrin hüquqi ekspertizasını aparmaq;
- Müqavilərə əlavə və dəyişikliklərin edilməsi, xitamını həyata keçirmək və s.



Sığorta hüququ
Sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Mərkəzimiz sığorta hüququ üzrə aşağıdakı xidmətləri göstərir:
- Sığorta fəaliyyətilə bağlı lisenziyaların alınmasına hüquqi dəstək;
- Həyat, daşınmaz əmlak, nəqliyyat, səyahət, tibbi sığorta müqavilələrinin hazırlanması, ləğvi və onun hüquqi ekspertizası;
- Sığorta müqavilələrindən yaranan mübahisələrin təhlili və onların hüquqi həlli;
- Həyat, əmlak, mülki məsuliyyət və digər sığorta mübahisələrinə dair konsultasiya.



İnzibati hüququ
Dövlət orqanları ilə fiziki və hüquqi şəxslər arasında olan inzibati hüquq münasibətləri inzibati hüquq ilə tənzimlənir.

Mərkəzimiz inzibati hüquq sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Dövlət orqanları ilə fiziki və hüquqi şəxslər arasında inzibati hüquq mübahisələrində şəxsləri təmsil etmə;
- Hüquqi şəxslərlə fiziki şəxslər arasında iqtisadi mübahisələri təhlil etmə, ona hüquqi qiymət vermə və təmsilçilik funksiyasını həyata keçirmək;
- Şəxslər üçün hüquqi rəylərin, arayışların, inzibati orqanlara ünvanlanacaq istənilən növ hüquqi sənədlərin hazırlanması.



Ailə hüququ
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

Mərkəzimiz inzibati hüquq sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Nikah müqavilələrin bağlanması;
- Nikaha daxil olma, boşanma;
- Əmlak bölgüsü;
- Aliment;
- Övladlığa götürmə;
- Uşaqla münasibət;
- Atalığın müəyyən edilməsi;
- Ailə münasibətləri ilə əlaqədar hüquqi konsultasiya.



Miqrasiya hüququ
Miqrasiya hüququ əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazələri, müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması, eləcə də bu hüquq sahəsi ilə bağlı digər xidmətləri əhatə edir. Vaxtında alınmayan hüquqi xidmətə görə yaşama və iş icazəsinin verilməməsi, deportasiya və bu kimi digər mənfi nəticələrə gətirib çıxara bilər.

Bu kimi hallarla qarşılaşmamaq üçün mərkəzimiz miqrasiya hüququ sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Olduğu yer üzrə qeydiyyata alınma və müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması;
- Əcnəbi şəxslərin işçi kimi cəlb edilməsi və istifadəsi üçün icazə sənədlərin alınması;
- Şirkətin miqrasiya hüququ sahəsində fəaliyyətinə hüquqi dəstək;
- Azərbaycan ərazisində xarici vətəndaşların qeydiyyatı prosedurunun həyata keçirilməsi;
- Əcnəbilərin işə götürülmə prosesində qanunla nəzərdə tutulmuş bütün lazımi sənədlərin çatdırılmasını təmin etmək;
- Miqrasiya orqanlarına təkrar müraciətlərin (müvəqqəti yaşamaq icazəsinin, visa müddətlərinin uzadılması və s.) edilməsi;
- Əcnəbilərin adından inzibati orqanlara müraciət sənədlərinin tərtibi və onlarındövlət orqanları qarşısında təmsil edilməsi.



Cinayət hüququ
Cinayət hüququ cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, cinayət sayılan əməllərin dairəsini, cinayətə görə tətbiq edilən cəzanın növlərini və həddini, cinayət məsuliyyətindən və cəzadan azad etmənin şərtlərini müəyyən edən hüquq sistemidir. Cinayət hüququna aid xidmətlərə fiziki və hüquqi şəxslərin istintaq və məhkəmə orqanlarında hüquqlarının müdafiəsi, şəxsiyyət əleyhinə olan cinayətlər, yol nəqliyyat hadisələri və s. aiddir.
Cinayətin ictimai təhlükəli əməl olduğunu nəzərə alaraq sizə bu sahə ilə bağlı peşəkar hüquqşünasların xidmətlərindən istifadə etməyinizi tövsiyyə olunur.

Mərkəzimiz cinayət hüququ sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Şəxslərin istintaq və məhkəmə orqanlarında hüquqlarının müdafiəsi;
- İnsanların həyat və sağlamlığına qarşı törədilmiş cinayətlərdə onların hüquqlarının müdafiəsi;
- Yol-nəqliyyat hadisələri ilə bağlı şəxsin hüquqi müdafiəsi;
- Cinayət təqibi, cinayət hüquq xarakterli tədbirlərlə bağlı şəxslərə hüquqi yardımın göstərilməsi və s.



İdman hüququ
İdman hüququ peşəkar idmançılar, məşqçilər, inzibatçılar, idmançı nümayəndələri ilə beynəlxalq və yerli idman qurumları, idman assosiasiyaları, idman klubları və digər idman təşkilatları arasında münasibətləri tənzimləyən xüsusi hüquq sahəsidir. Ölkəmizdə bu sahə üzrə yetəri qədər mütəxəssislərin olmadığını nəzərə alaraq biz sizə yüksək peşəkarlıqla idman hüququ sahəsində istənilən növ hüquqi xidmətlərin göstərilməsinə tam zəmanət veririk.

Mərkəzimiz idman hüququ sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Futbolçuların transfer müqavilələri, peşəkar oyunçu müqavilələri, onların icarə müqavilələrinin tərtib olunması;
- Futbolçularla yerli və xarici agentlər arasında “nümayəndəlik” müqavilələrinin tərtib olunması; - Futbolçularla idman klubları arasında baş verən mübahisələrin, futbolçuların müqavilə üzrə əmək haqqı tələblərinin təmin olunması;
- FIFA, UEFA, CAS kimi beynəlxalq idman təşkilatlarından gələn müraciətlərin cavablandırılması və ya onlara futbolçu və klublar adından müraciətlərin göndərilməsi;
- Sponsorluq, ianə, qrant müqavilələrinin tərtibi və dövlət qeydiyyatına qoyulması;
- Bütün idman növləri üzrə hüquqi konsultasiyanın göstərilməsi.


* Qeyd: Yuxarıda göstərilən bütün xidmətlər komandamız tərəfindən idmanın bütün sahələri üzrə həyata keçirilir



Əqli mülkiyyət
Bu termin geniş mənada qanunla təsbit edilmiş müvəqqəti müstəsna hüququ, habelə müəlliflərin əqli fəaliyyətinin nəticəsinə və ya fərdiləşdirmə vasitələrinə şəxsi qeyri-əmlak hüquqları deməkdir.
Əqli mülkiyyət hüquqlarını müəyyən edən qanunvericilik müəlliflərin əqli, yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadənin müəyyən formaları üzrə inhisarını müəyyən edir ki, bu nəticədən digər şəxslər yalnız mülkiyyətçinin icazəsi ilə istifadə edə bilərlər.

Mərkəzimiz əqli mülkiyyət hüququ sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Sənayə mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin) qeydiyyata alınması üçün iddia sənədlərinin tərtib edilməsi müvafiq orqanlara təqdim edlməsi;
- Müvafiq orqanların ixtira, faydalı model və sənayə nümunələrinə patent verilməsindən və əmtəə nişanı və coğrafi göstəricilərin qeydə alınmasından imtina barədə qərarlarından etirazların hazırlanıb təqdim olunması;
- Əqli mülkiyyətlə bağlı digər xidmətlərin göstərilməsi.



Vəkillik
xxx.



Daşınmaz əmlak
Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir.

Mərkəzimiz əqli mülkiyyət hüququ sahəsi üzrə aşağıdakı xidmətləri göstərir:
- Daşınmaz əmlakla bağlı alqı-satqı, icarə, kirayə müqavilələrinin tərtib edilməsi, onların hüquqi ekspertizası;
- Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması prosedurlarının icrası;
- İpoteka müqavilələrinin tərtibi, onların hüquqi təhlili və s.



image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office
image
Juris Law Center Office

heading

Bizimlə əlaqə

Bakı şəhəri, Atatürk prospekti 118A-120, Aral Plaza

*7997
(+99451) 277 76 43
(+99412) 310 50 80

Email: info@jurisaz.com

Baz.E-Şən.: 09:00-18:00